F.Alonso: Kiçik problemlər var

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, maşında kiçik problemlər var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Barselonadakı testlərin son günündə hidrovlik problemi yaşayıb və bolid yanmağa başlayıb. Buna görə də fransız komandası testi vaxtından əvvəl bitirib.

Ümumilikdə isə Alpine komandası test ərzində ancaq dolu çənlə işləyib və düzlüklərdə DRS belə açmayıb.

Fernando Alonso: “Yeni motorumuz əvvəlkindən güclüdür. Ümid edirəm ki, rəqiblərimizin səviyyəsinə çatmışıq. Lakin yeni yanacağa keçdiyimiz üçün motor bir az güc itirir. Buna görə də performans barədə danışanda bu faktoru unutmamaq lazımdır.

Bolidin performansı barədə bir söz deyə bilmirəm. Hələki testlərin ilk günündəyik və hər şeydən razıyam. Yeni bir dövrə başlayırıq. Buna görə də qəribə hisslər yaşayıram. Bəzi kiçik problemlərimiz var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*