Alfa Romeo da yeni C39-u təqdim edib – VİDEO

Xatırladaq ki, keçən həftə Fyoranoda Alfa Romeo komandası qara və boz rəngə boyanmış yeni C39-u sınaqdan keçirmişdi.

F-1.az bildirir ki, bu gün Barselona trasının pit yolunda Haas komandasının təqdimatından 15 dəqiqə sonra Alfa Romeo komandası yeni maşının rəsmi təqdimatını reallaşdırıb – bu dəfə avtomobil ənənəvi ağ və qırmızı rəng çalarlarına boyanıb.

Kimi Rəykkönen və Antonio Covinatsi fotoqrafların və jurnalistlərin iştirakı ilə maşının üzərindən qoruyucu örtüyü çəkiblər. Təqdimatda komandanın ehtiyat sürücüsü Robert Kubitsa və test sürücüsü Tatyana Kalderon da iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*