Q.Çjou: Kanadada gözəl xatirələrim var

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, Kanadada gözəl xatirələri var.

F-1.az xatırladır ki, çinli sürücü keçən il Monrealdan xalla ayrılmışdı. Əslində o bu il də Kanadaya yüksək əhval ruhiyyədə gəlir, çünki Barselonada 9-cu olaraq, iki xal qazanıb.

Quanyu Çjou: “Barselonadan bir neçə xalla qayıtmaq gözəl oldu. Bu hal həm trasda, həm bazada işləyən işçilərimiz üçün əla motivasiyadır.

Yenidən Kanadaya getmək məni xoşbəxt edir, çünki keçən il bu trasdakı performansımla bağlı gözəl xatirələrim var. İndi isə yenidən uğurlu nəticə qazanmaq istəyirəm. İspaniyadakı həftəsonunda inkişaf etdik. Yarış ərzinə təkərlərlə düzgün işləyib, doğru qərarlar aldıq. Ümumilikdə yaxşı iş gördük. Monreal trası Barselonadan çox fərqli olsa da, ümid edirəm ki, tempimizi qoruyarıq.

Cümə günü ilk sessiyadan etibarən düzgün işləsək, sıralanma turunda yaxşı nəticələr qazana bilərik. Daha sonra isə bazar günü xal qazanmaq üçün çalışarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*