Alfa Romeo axır ki, çarpma testindən keçib

Alfa Romeo komandası növbəti cəhddən çarpma testlərini keçə bilib.

F-1.az xatırladır ki, Hinvill mərkəzli komanda ilk çarpma testindən uğursuz ayrılmışdı. Buna görə də isveçrəlilər növbəti testdə bolidin ön tərəfində dəyişiklik ediblər və bugünkü testlərin hamısından uğurla çıxıblar. Beləliklə, Alfa Romeo testlərdən uğurla çıxan altıncı komanda olub.

Mercedes-in də tezliklə testlərə girməsi gözlənilir. Ancaq Red Bull, Renault və McLaren haqqında heç bir məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*