Aleks Palou və Pato O’Vard F1-də debüt edəcəklər

Mclaren İndyCar komandasının sürücüləri Pato O'Vard və Aleks Palu növbəti yarışlarda McLaren ilə birinci sərbəst yürüşlərdə iştirak edəcəklər.

F-1.az bildirir ki, Aleks ABŞ-da Daniel Rikkardonu, O’Vard isə Əbu Dabidə Lando Norrisi əvəz edəcək.

Andreas Zaydl: “ALeks və Patoya fürsət verdiyimzi üçün sevincliyik. Aleksin İndyCar-dakı uğurlarını nəzərə alsaq, onun performansı bizim üçün maraqlı olacaq. İstedadlarını Formula1-də göstərməkləri üçün əla şnasıdr. Burada bizim məqsədimiz dövrəvi nəticə yox, komandanı yarışa hazırlamaq olacaq”.

Aleks Palou: “Formula1-də ilk dəfə trasa çıxacam və həyəcanlıyam. ABŞ-da sürmək gözəl olacaq. Səbirsizliklə gözləyirəm”.

Pato O’Vard: “Əbu Dabidə trasa çıxmaq üçün səbirsizlənirəm. Sürücü kimi inkişaf etmişəm və keçənilki bolidi test edərkən həzz almışdım. Buna görə də MCL36-nı sürmək yaxşı təcrübə olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*