17 Noyabr 2019, Bazar - 01:57

FİA çempionat iştirakçılarının və sürücülərin nömrələrinin siyahısını təsdiq edib…

FİA çempionat iştirakçılarının və sürücülərin nömrələrinin siyahısını təsdiq edib…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:45 - 15 Yanvar, 2014

FİA-nın mətbuat xidməti Formula1 çempionatında iştirak edəcək iştirakçı komandaların rəsmi siyahısını dərc edib, siyahıda həm də sürücülərin 2014-cü il mövsümündə […]

FİA-nın mətbuat xidməti Formula1 çempionatında iştirak edəcək iştirakçı komandaların rəsmi siyahısını dərc edib, siyahıda həm də sürücülərin 2014-cü il mövsümündə və karyeralarının sonuna qədər istifadə edəcəkləri nömrələr də təsdiq olunub.

Nömrələr sürücülərin şəxsi arzularına görə təyin olunub, bu dəfə FİA komandaların istəkləri ilə maraqlanmayıb: sürücülər keçənilki çempionatda tutduqları yerə görə nömrə seçmək üstünlüyünə malik olublar – çempionun rəyi hamıdan üstün olub, vitse-çempion ikinci seçim hüququna malik olubvə s. və i.a. Qarşıdakı mövsümün debütantları isə federasiyadan aldıqları superlisenziyanın tarixinə əsasən nömrə seçmək hüququ əldə ediblər.

Yeganə istisna isə çempionun “bir” nömrəsidir. Bu nömrə altında yalnız sonuncu dünya çempionu iştirak edə bilər. Əgər sürücü titulunu təsdiq edə bilməzsə, onda “bir” nömrə yeni çempiona keçir, titulu itirən sürücü isə əvvəlki nömrəsinə qayıdır – Sebastyan Fettel bu hal üçün 5 nömrəsini seçib…

İnfiniti Red Bull Racing:
Sebastyan Fettel – 1;
Daniel Rikkardo – 3.

Mercedes GP Petronas F1 Team:
Lyuis Həmilton – 44;
Niko Rosberq – 6.

Scuderia Ferrari:
Fernando Alonso – 14;
Kimi Rəykkönen – 7.

Lotus F1 Team:
Roman Qrojan – 8;
Pastor Maldonado – 13.

McLaren Mercedes:
Censon Batton – 22;
Kevin Maqnussen – 20.

Sahara Force İndia F1 Team:
Niko Hülkenberq – 27;
Serxio Peres – 11.

Sauber F1 Team:
Adrian Sutil – 99;
Esteban Qutyerres – 21.

Scuderia Toro Rosso:
Jan Erik Vern – 25;
Daniil Kvyat – 26.

Williams F1 Team:
Felipe Massa – 19;
Valtteri Bottas – 77.

Marussia F1 Team:
Jül Byanki – 17;
Sonra elan olunacaq.

Caterham F1 Team:
Sonra elan olunacaq;
Sonra elan olunacaq.

Üç sürücücün yeri vakantdır, komandalar bu sürücülərin adlarını elan etdikdən sonra yuxarıda qeyd olunan ardıcıllıqla nömrələri də təsdiq olunacaq…

Maraqlıdır ki, Pastor Maldonado 13 nömrəsini seçib, uzun müddət bu nömrə çempionatda istifadə olunmurdu. Maksimal nömrəni isə (99) Adrian Sutil seçib.

Lotus və Marussia komandaları siyahıya müvəqqəti daxil ediliblər, yəni FİA və FOM-la Razılıq müqavilələri təsdiq olunmayıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 500
Teqlər , , , , , ,
Paylaş

logo