AEK hospitalından xoş xəbərlər

Felipe Massanın şənbə günü Hunqarorinqdə qəzaya uğradıqdan sonra yerləşdirildiyi Macarıstanın AEK hospitalından, xoşbəxtlikdən, yalnız yaxşı xəbərlər gəlir. Bu gün səhər […]

Felipe Massanın şənbə günü Hunqarorinqdə qəzaya uğradıqdan sonra yerləşdirildiyi Macarıstanın AEK hospitalından, xoşbəxtlikdən, yalnız yaxşı xəbərlər gəlir. Bu gün səhər sürücüyə komandanın başçısı Stefano Domenikali baş çəkib, günorta isə baş həkim bildirib ki, braziliyalı sürücü hopsitalı on gündən sonra tərk edə bilər, axşama yaxın isə daha bir xoş xəbər alınıb – Felipe sol gözünü açıb, göz sinirinin zədələnməsi təsdiq olunmayıb.

Dino Altman, Massanın şəxsi həkimi: “Felipenin səhhəti stabildir və get-gedə yaxşılaşır. Bu gün o üç dildə danışıb, fizioterapiya kursu uğurla keçib, Massa sol gözünü açıb və təsdiq edib ki, görür.

Belə ağır qəzalarda beynin vəziyyətinin dinamikasını heç də həmişə əvvəlcədən söyləmək olmur, amma deməliyəm ki, hər şey qaydasındadır.”

Stefano Domenikali: “Bizim yaxşı xəbərlərimiz var. Bu gün mən Felipe ilə danışdım, o məni dərhal tanıdı və bütün Ferrari əməkdaşlarına və azarkeşlərinə salamını yolladı. Mən dedim ki, qırmızı maşın onun yarışlara qayıtmasını gözləyəcək.

Müalicə davam edir, belə vəziyyətdə proqnozlarda ehtiyatlı olmaq lazımdır, amma mən bu dərəcədə ağır qəzadan üç gün sonra belə inkişafı görməyimə çox şadam. “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*