S.Fettel: Həmilton təmiz qələbə qazandı

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Həmilton Bəhreyn yarışında daha ağıllı hərəkət edib.

F-1.az xatırladır ki, Red Bull Bəhreyndə rəqibi Mercedes-dən daha güclü görünürdü. Mercedes əsas rəqibləri olan Ferstappeni məğlub etmək üçün erkən pit-stoplu strategiya seçdilər və Həmilton gənc rəqibinə qarşı mükəmməl müdafiə olunaraq mövsümün ilk yarışını qazandı.

Sebastyan Fettel: “Yarışdan sonra onların mübarizəsinə baxdım. Maks daha sürətli idi və təkərləri daha yeni idi. Ancaq Lyuis daha ağıllı davranaraq, öz işini gördü. Onun itirəcək heç nəyi yox idi, amma qazanacağı çox idi. O da yaxşı iş görüb qalib gəldi. Maks daha sürətli idi və bir neçə şansı var idi. Qalib gəlməli idi. Ancaq Lyuis qələbə qazandı və o, buna layiq idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*