S.Fettel: “Qazanmaq üçün buradayıq!”

Sebastyan Fettel Ferrari-nin 4-cü gün sərbəst yürüşlərində zəif çıxışına baxmayaraq, bildirib ki, italyanlar göründüyündən daha güclüdürlər.

F-1.az xatırladır ki, Sebastyan Fettel 1-ci və 2-ci sərbəst yürüşlərdə bolidi iki dəfə bariyerlərə vurub. Fettel birinci sərbəst yürüşlərdə 3-cü, ikinci sərbəst yürüşlərdə isə 9-cu olub. Onun komanda yoldaşı Kimi Rəykkönen isə birinci sərbəst yürüşlərdə 9-cu, ikinci sərbəst yürüşlərdə isə 7-ci olub.

Sebastyan Fettel: “Çox şeyi sınaqdan keçirdim. Hər şey yaxşı işləmədi, amma ümumi götürsək, qarışıq gün idi. Ümumi götürsək, yaxşı idik. Bolidin gücü var. Sadəcə bu gün onu göstərməkdə çətinlik çəkdik”.

Jurnalistlər Fetteldən “Ferrari Monakoda ən sürətli 3-cü boliddir?” soruşublar: “Xeyr. Hələki 4-cü gündür. Buna görə də digərlərinin nə etdiyini demək çətindir. Digər tərəfdən isə, gizlədiləsi heç bir şeyimiz yoxdur. Dediyim kimi, bu gün bizim üçün yaxşı keçmədi və sıralanmaya baxsaq, görərik ki, öndə deyilik.

Şənbə günü daha yaxşı olacayıq. Bugünkü hədəfimiz yuxarıda olmaq yox, daha çox sürmək idi, ancaq o da qarışıq oldu. Bir neçə şey üzərində işlədik, amma bəzi yeniliklər işləmədilər.

Hər yarışda yaxşı iş görmək arzusu var. Buna təzyiq deyə bilərik, ancaq burada olmağımızın səbəbi budur. Buraya 8-ci və ya 5-ci yer uğrunda mübarizə aparmaq üçün gəlməmişik. Qalib gəlmək üçün buradayıq!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*