24 May 2019, Cümə - 17:20

Abu Dabi Qran Prisi: Pirelli – Soft və Medium

Abu Dabi Qran Prisi: Pirelli – Soft və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:38 - 12 Noyabr, 2012

Abu Dabi Qran Prisinə Pirelli .irkəti mövsümdə sonuncu dəfə Medium və Soft cütlüyünü gətirəcək. Pirelli Motorsport-un başçısı Pol Hembri hesab […]

Abu Dabi Qran Prisinə Pirelli .irkəti mövsümdə sonuncu dəfə Medium və Soft cütlüyünü gətirəcək. Pirelli Motorsport-un başçısı Pol Hembri hesab edir ki, titul uğrunda mübarizədə optimal strategiya həlledici faktor olacaq…

Pol Hembri: “Bizim Abu Dabi trası barədə həmişə xoş xatirələrimiz olub, axı, məhz bu trasda biz Formula1-ə qayıtmışıq: 2010-cu ildə Qran Pridən sonra məhz bu trasda keçirilən testlərdə komandalar bizim təkərlərlə rəsmən tanış oldular. Bu testləri hələ də unutmamışıq, Pirelli çempionata qayıdırdı və komandalar yeni təkərləri qiymətləndirməliydilər. Bundan sonra biz bir neçə dəfə Abu Dabiyə qayıtmışqı, elə bu mövsümün əvvəlində mətbuat üçün yeni təkərlərin təqdimatını da burada təşkil etmişdik.

Testlər üçün Abu Dabini seçməyimizin bir neçə səbəbi var: əvvəla, trasda təkərlərin effektliyinin müxtəlif aspektlərini yoxlamaq üçün zəruri hər bir şey var, ikincisi, avtodrom çox müasirdir və hər cür elektron texnika ilə təchiz olunub.

Biz bilirik ki, Medium və Soft cütlüyü Abu Dabidə əla işləyəcək. Komandalar trasın xarakteristikası barədə böyük məlumat toplayılar, ona görə də effektiv yarış strategiyası hazırlaya bilərlər.

Çempionatda hazırda sıx mübarizə gedir, ona görə də tam əminliklə deyə bilərəm ki, düzgün strategiya titulun taleyini həll edəcək. Abu Dabidə start mövqeyi də vacib əhəmiyyət kəsb edir, ona görə də şənbə günü bizi maraqlı mübarizə gözləyir.”


Abu Dabi Qran Prisi: Pirelli – Soft və Medium

Abu Dabi Qran Prisi: Pirelli – Soft və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:34 - 06 Dekabr, 2011

Pirelli şirkəti Abu Dabiyə Medium və Soft tərkiblərini gətirəcək, bu cütlük mövsümün gedişində Valensiyada, Almaniyada, Belçikada, İtaliyada və Yaponiyada istifadə […]

Pirelli şirkəti Abu Dabiyə Medium və Soft tərkiblərini gətirəcək, bu cütlük mövsümün gedişində Valensiyada, Almaniyada, Belçikada, İtaliyada və Yaponiyada istifadə olunmuşdu, amma bu dəfə komandalar cümə günü sərbəst yürüşlərdə gələn mövsüm üçün nəzərdə tutulmuş yeni Soft tərkibi ilə də işləyə biləcəklər – bütün komandalar əlavə iki dəst yeni təkərlərdən alacaqlar…

Pol Hembri, Pirelli Motorsport: “Mövsümün sonunda bizim əsas vəzifəmiz gələn il üçün tərkiblərin seçilməsidir, ona görə də sərbəst yürüşlərdə və gənc sürücülərin testlərində komandalar gələn mövsümə hazırlanmış təkərlərdən istifadə edəcəklər.

Mövsümün gedişində testlərə məhdudiyyətlərin olduğu bir şəraitdə biz yeni təkərlərin işi barədə məlumatı ancaq belə toplaya bilərik və bu məlumatlar 2012-ci il üçün təkərlərin istifadəsi strategiyasının hazırlanmasında vacibdir – təkərlər bu gün istifadə olunan tərkiblərdən bir qədər fərqlənəcək.

Biz Yas Marina trası ilə yaxşı tanışıq, hələ keçən il burada testlər keçirmişdik və əminik ki, qarşıdakı yarışa optimal seçim etmişik – bu tərkiblər trasın xarakteristikasına tam uyğun gəlir. Abu Dabi trası fantastikdir, ötmələrə də imkan verir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 298
Teqlər
Paylaş

logo