Yeni Abu Dabi avtodromunda bu il mövsümün son yarışı keçiriləcək, bu gün isə tras FİA-nın təftişini keçib və yarışların keçirilməsinə icazə alıb. Əvvəlcə trasda GP2 testləri keçiriləcək, oktyabrın 30-dan noyabrın 1-dək isə burada Formula1 və GP2Asia mərhələləri keçiriləcək.
Riçard Kreqan, Yas Marina Circuit trasının icraçı direktoru: “Bazar ertsəi Çarli Uaytinq trasa baş çəkib, biz onun əvvəlki səfərində qeyd etdiyi bütün nöqsanları aradan qaldırmışıq. Növbəti addım – GP2 testlərinin keçirilməsidir, testlərdə qarşıdakı yarışın bütün marşal və digər personalları da işləyəcəklər – bu yalnız maşınların testi olmayacaq, həm də avtodromun bütün xidmətlərini yoxlayacayıq.”