ABŞ Qran Prisi: Pirelli – Hard və Medium

Bu həftə komandalar yeni Circuit of the Americas trasına toplaşacaqlar, ABŞ Qran Prisi ilk dəfə bu trasda keçiriləcək. Pirelli şirkəti […]

Bu həftə komandalar yeni Circuit of the Americas trasına toplaşacaqlar, ABŞ Qran Prisi ilk dəfə bu trasda keçiriləcək. Pirelli şirkəti yarış üçün Hard və Medium tərkiblərini seçib, amma belə konservativ seçimə baxmayaraq, Pol Hembri hesab edir ki, iki pit-stoplu strategiya optimal variant olacaq…

Pol Hembri: “Düşünürəm ki, həmişə olduğu kimi, yeni avtodromda kimsə çətinliklərlə üzləşəcək. Əlbəttə, yeni trasın konfiqurasiyası maraqlı görünür. Əlimizdə olan məlumatlara əsasən, Ostin trasının avtodromunun asfaltı çox hamardır. Koreyada, Hindistanda və Abu Dabidə vəziyyət eyni idi, amma ABŞ-da biz iki pit-stoplu strategiyaya qayıdacayıq.

Heç vaxt hamının istədiyini etmək mümkün deyil, ona görə də biz düzgün balans tapmağa cəhd edirik. Bəlkə də biz məsələyə daha aqresiv yanaşa bilərdik, amma son nəticədə bizim seçimimiz 4 tərkiblər məhdudlaşır. Asfaltın xarakteristikasını nəzərə alsaq, əvvəlki 3 yarış təkərlər üçün çox sadə alınmışdı. Mövsümün sonunda komandalar və sürücülər təkərlərin dağılması və yeyilməsini azaltmaq üzərində gərgin işləyirlər.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, mövsümün sonu yaxınlaşır. İnanmıram ki, hansısa komanda yenidən təkərlərin yarışın gedişinə təsir edəcək faktor olmasını istəyir. hazırda hər şey maşın və sürücüdən asılı olmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*