ABŞ-2016: Həftəsonuna ilkin hava proqnozu

Bu həftəsonu baş tutacaq Qran Pri üçün yerli meteoroloqlar ilkin hava proqnozunu elan ediblər - çempionat iştirakçılarını Ostində yağmursuz, isti və quru hava gözləyir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə, şənbə və bazar günləri hava buludsuz olacaq. Hərarətin +26 dərəcə ilə +29 dərəcə arasında dəyişəcəyi gözlənilir.

Xatırladaq ki, keçən il Ostində yarış istisna olmaqla bütün sessiyalar yağışlı havada baş tutmuş, hətta sıralanma turu bazar günü səhərə təxirə salınmışdı…

, ,