A.Fernandes: Peres tempini artırmalıdır

Serxio Peresin sabiq meneceri Adrian Fernandes bildirib ki, Serxio Peres bir az tempini artırmalıdır.

F-1.az xatırladır ki, meksikalı sürücü keçən mövsüm 2, komanda yoldaşı Ferstappen isə 15 yarış qazanıb.

Adrian Fernandes: “Çeko yaxşı performans göstərir. Problem komanda yoldaşının Ferstappen olmasıdır. Çeko mükəmməl və təcrübəli sürücüdür. Ancaq indi Maksın nə etdiyinə baxmalıdır.

Maks uzun illərdir ki, Red Bull-da yarışır və komanda onun ətrafında yığılıb. Bunu nəzərə alanda Çeko yaxşı performans göstərir. Ondan gözləniləni edir.

Lakin o, performansını artırmalıdır, çünki gələn il komandalar bir-birlərinə yaxınlaşsalar, iki sürücünün də öndə yarışması vacib olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*