A.Elbon: Gələcəyim Williams-dan asılıdır

Aleksander Elbon bildirib ki, onun əsas fikri Red Bull-a qayıtmaq yox, Williams-la uzun illər yarışmaqdır.

F-1.az xatırladır ki, taylandlı sürücü son yarışlardakı güclü performansı ilə yenidən başqa komandaların radarına düşüb. O, Kanadada mükəmməl performasn göstərərək, 7-ci olub və komandasına vacib 6 xal qazandırıb.

Red Bull komandasının rəhbəri Kristian Horner də sabiq sürücüsünə təriflər yağdırıb və bundan sonra Aleksin Red Bull-a qayıdacağı ilə bağlı dedi-qodular yarandı.

Aleksander Elbon: “Doğrusunu desəm, hazırda əsasən Williamsda yarışmağa köklənmişəm. Bu, qısamüddtəli proses deyil. Burada uzun illər yarışacağam. Williams-la işləməkdən və hazırkı yerimdən həzz alıram. Bir macəranın içindəyik. Bu macəraya davam etmək istəyirəm. Növbəti illərdə işlərin necə gedəcəyini bilmirik. Ancaq hazırda olduğumuz yerdən çox razıyam.

Kristian həmişə mənə mesaj atır. Mənə həmişə deyir ki, əla iş görürsən. Kanada bizim üçün əla həftəsonu oldu. Kristianın bunu deməs çox gözəl oldu”.

Elbon əlavə edib ki, Red Bull-da ön cərgələrdə yarışsa da, orada işləməkdən həzz almayıb. Williams-da isə vəziyyət fərqlidir: “Zehni cəhətdən çox yaxşı yerdəyəm. Williams-da önəmli rol oynayıram. Komandadakı digər sürücülər adından danışa bilmərəm, amma mənim üçün Red Bull-dakı işim düzgün idarə olunmamışdı. Böyük ehtimalla təcrübəm az olduğunudan Formula1-də nə edəcəyimi bilmirdim. Təcrübə qazandıqca və böyüdükcə anlayıram ki, artıq daha yaxşı yerdəyəm.

Zehni cəhətdən özümü daha güclü hiss edirəm. Eyni zamanda daha təcrübəli və yetkinəm. Buna görə işim daha da sanlaşır. Hazırda yaxşı yerdəyəm və indiyə kimi işimi düzgün edirəm.

Görməli işlərimiz var. Hazırda maşınımız mükəmməl nöqtədə deyil. Əksər traslarda və döngələrdə vəziyyətimiz yaxşı deyil. Ancaq Kanada kimi traslarda çox güclüyük.

Keçən ilə nisbətən böyük addımlar atmışıq. Bundan başqa hər sıralanma turunda ikinci sessiyaya çıxmaq şansımızın olduğunu hiss edirik. Hətta bəzən üçüncü sessiyaya da qala bilirik. Keçən il bu daha çətin idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*