9 nəfər koronavirusa görə təcrid olunubmuş…

Melburn paddokunda koronavirus simptomları olan 9 nəfər tibbi müayinədən keçibmiş.

F-1.az xatırladır ki, Haas komandasından 4, McLaren komandasından isə 1 işçi koronavirus müayinəsindən keçmiş və McLaren-in əməkdaşında nəticələr müsbət çıxmışdı. Buna görə də Britaniya təçsilçisi yarışdan çəkildiyini bildirib. Haas komandasının işçilərində isə nəticələr neqativ çıxdığı üçün işlərinə geri qayıdıblar.

Bu açıqlamadan bir az sonra Avstraliya yarışının təşkilatçıları bildirib ki, doqquz nəfərdən sadəcə birinin Formula1 komandaları ilə əlaqəsi yoxdur. Digər 3 nəfərin kimliyi və hansı komandalara aidiyyatı ilə bağlı məlumat yoxdur…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*