F-1.az xəbər verir ki, Yamaha komandasının sürücüsü Valentino Rossi sabahkı yarışa birinci yerdən başlayacaq. Titul uğrunda onun əsas rəqibi Mark Markes ondan bir neçə metr geridən start alacaq – Honda-nın sürücüsü Yamaha-nın digər sürücüsü Xorxe Lorensonu qabaqlayıb.
İspaniyalı sürücünün sıralanma turuna çıxması artıq qəhrəmanlıqdır – bir neçə saat əvvəl sərbəst yürüşlər zamanı yüksəks ürətlə hərəkət edən motosikletdən yıxılan Xorxe müayinə üçün hospitala göndərilmişdi. Həkimlər ciddi zədə tapmadıqları üçün sürücünü sıralanma truna buraxmışdılar.
Sıralanma turunun debütündə Mark Markes protokollara başçılıq edib. hətta növbəti dövrəsində öz nəticəsini bir qədər də yaxşılaşdırıb. Rossi ikinci nəticəyə imza atıb. amma növbəti dövrələrdə Lorenso ikinciliyə yüksəlib.
Növbəti dövrələr seriyasında Rossi zirvəyə yüksəlib və Markesin ilk cəhdindəki nəticəsini 0.18 saniyə yaxşılaşdırıb. Mark Doktorun arxasında olduğu üçün daha yaxşı sektor nəticələri ilə gedib. amma son döngələrin birində səhvə yol verib. xarici radiusa çıxıb və qiymətli vaxt itirib. Növbəti dövrəsində başqa bir döngədə səhvə yol verən ispaniyalı sürücü yenə də nəticəsini yaxşılaşdıra bilməyib.
Xorxe son dövrələrdə öz nəticəsini yaxşılaşdırsa da. Markesi üstələyə bilməyib. Sabah yarışda əsas mübarizə elə bu üçlük arasında gedəcək…
Yer | Sürücü | Komanda | Zaman | Fərq |
1 | ![]() |
Movistar Yamaha MotoGP | 1:43.954 | – |
2 | ![]() |
Repsol Honda Team | 1:44.134 | + 0.180 |
3 | ![]() |
Movistar Yamaha MotoGP | 1:44.221 | + 0.267 |
4 | ![]() |
Ducati Team | 1:44.294 | + 0.340 |
5 | ![]() |
LCR Honda | 1:44.402 | + 0.448 |
6 | ![]() |
Team Suzuki ECSTAR | 1:44.494 | + 0.540 |
7 | ![]() |
Team Suzuki ECSTAR | 1:44.539 | + 0.585 |
8 | ![]() |
Ducati Team | 1:44.980 | + 1.026 |
9 | ![]() |
Monster Yamaha Tech 3 | 1:45.232 | + 1.278 |
10 | ![]() |
Octo Pramac Yakhnich | 1:45.782 | + 1.828 |
11 | ![]() |
Octo Pramac Yakhnich | 1:45.827 | + 1.873 |
12 | ![]() |
Aprilia Racing Team Gresini | 1:45.614 | + 1.660 |
13 | ![]() |
Aprilia Racing Team Gresini | 1:45.823 | + 1.869 |
14 | ![]() |
Estrella Galicia 0.0 Marc VDS | 1:46.347 | + 2.393 |
15 | ![]() |
Monster Yamaha Tech 3 | 1:46.593 | + 2.639 |
16 | ![]() |
Yamalube Yamaha Factory Racing | 1:46.627 | + 2.673 |
17 | ![]() |
Pull & Bear Aspar Team | 1:46.705 | + 2.751 |
18 | ![]() |
Estrella Galicia 0.0 Marc VDS | 1:46.753 | + 2.799 |
19 | ![]() |
Pull & Bear Aspar Team | 1:47.060 | + 3.106 |
20 | ![]() |
Avintia Racing | 1:47.501 | + 3.547 |
21 | ![]() |
Avintia Racing | 1:47.631 | + 3.677 |
22 | ![]() |
Repsol Honda Team | 1:47.788 | + 3.834 |