Yaponiya Qran Prisi: Pirelli – Soft və Medium

Yaponiya Qran Prisində komandalar Soft və Medium tərkiblərindən istifadə edəcəklər – Pirelli şirkəti orta sürətin vacib olduğu Spa və Monsada […]

Yaponiya Qran Prisində komandalar Soft və Medium tərkiblərindən istifadə edəcəklər – Pirelli şirkəti orta sürətin vacib olduğu Spa və Monsada da bu tərkibləri komandalara təqdim etmişdi. Suzukanın asfaltı kifayət qədər coddur, ona görə də uzun sürətli döngələrdə təkərlərə ciddi yüklənmə düşəcək.

Pol Hembri: “Bu il Yaponiya üçün çətin alınıb – biz şadıq ki, belə bir çətin vaxtda ölkəyə dəstəyimizi ifadə edirik və bütün sürürücülərin xoşladığı bir trasda Qran Pri keçiririk. Suzukada motorun gücünü yola effektiv ötürmək olduqca vacibdir – bununla sürətlənmədə, əylənmədə və döngələrdə yaxşı ilişmə əldə olunur.

Təkərlərə yandan yüklənmə olduqca böyükdür, ona görə də sürücülər təkərlərin vəziyyətinə daim nəzarət etməli olacaqlar.

Çox güman ki, Suzukada P-Zero təkərlərində ilk dünya çempionunun adı məlum olacaq, ona görə də yarış tarixə düşəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*