Yaponiya-2018: Birinci sərbəst yürüşlər

Bu gün Suzukada ilk məşqlər buludla səma altında, amma quru trasda baş tutub. İştirakçılar arasında yalnız bir dəyişiklik olub - Stoffel Vandornu McLaren-in sükanı arxasında Lando Norris əvəzləyib. Sürücülər ənənəvi proqramları üzrə işləyiblər, yağış riski olmadığı üçün nəticələr tədricən yaxşılaşıblar.

F-1.az bildirir ki, ilk dəqiqələrdən Red Bull sürücüləri sürətli olublar, amma Mercedes sürücüləri onları keçərək protokollara başçılıq ediblər. Xüsusən də Həmilton çox sürətli olub – britaniyalı sürücü öz komanda yoldaşından belə bir baş üstün olub. Ferrari sürücüləri elə də inamlı olmayıblar, həm də Rəykkönen yenə də Fetteldən sürətli olub.

İnsidentsiz ötüşməyib. Sessiyanın ortasında Pyer Qasli şikananın qarşısında gözlənilmədən sürətini azaldıb, bu isə arxadan sürətlə gələn Həmilton üçün sürpriz olub – Lyuis şikananı kəsərək trasdan çıxmalı olub. Hazırda stüardlar insidenti araşdırırlar.

Bir neçə dəqiqədən sonra Alonso Degner 1 döngəsində trasdan çıxaraq çınqıllığa düşüb, amma boksa qayıda bilib. Daha bir neçə dəqiqədən sonra Qasli otluq sahəyə çıxıb, amma o da maşını zədələməyib.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes 1:28.691 25
2 77 Valtteri Bottas Mercedes 1:29.137 + 0:00.446 26
3 3 Daniel Rikkardo Red Bull 1:29.373 + 0:00.682 32
4 7 Kimi Rəykkönen Ferrari 1:29.627 + 0:00.936 20
5 5 Sebastyan Fettel Ferrari 1:29.685 + 0:00.994 20
6 33 Maks Ferstappen Red Bull 1:29.841 + 0:01.150 30
7 31 Esteban Okon Racing Point 1:30.591 + 0:01.900 28
8 8 Roman Qrojan Haas 1:30.814 + 0:02.123 22
9 16 Şarl Lekler Sauber 1:30.929 + 0:02.238 27
10 9 Markus Eriksson Sauber 1:31.073 + 0:02.382 29
11 10 Pyer Qasli Toro Rosso 1:31.073 + 0:02.382 20
12 55 Karlos Sayns Renault 1:31.100 + 0:02.409 23
13 11 Serxio Peres Racing Point 1:31.272 + 0:02.581 29
14 20 Kevin Maqnussen Haas 1:31.274 + 0:02.583 28
15 27 Niko Hülkenberq Renault 1:31.418 + 0:02.727 18
16 18 Ləns Stroll Williams 1:31.508 + 0:02.817 27
17 28 Brendon Hartli Toro Rosso 1:31.908 + 0:03.217 23
18 14 Fernando Alonso McLaren 1:32.034 + 0:03.343 21
19 35 Sergey Sirotkin Williams 1:32.513 + 0:03.822 26
20 47 Lando Norris McLaren 1:32.683 + 0:03.992 30
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*