K.Sayns: ABŞ-da geri dönəcəyik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, COTA-dakı yarışa daha güclü hazırlaşacaqlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Yaponiya yarışının əvvəlində yerində fıralanaraq bariyerlərə çırpılıb və mübarizəni dayandırıb.

Karlos Sayns: “Qəza məni məyus etdi. Startdan əvvəl yağış və keçid təkərlərinin performansı yaxın idi. Amma önü görmək mümkünsüz idi. Əsas problem də bu idi.

Peresdin spreyindən qaçmaq istərkən gölməçəyə girdim və keçid təkərləri bu suyu təxliyə edə bilmir. Nəticədə sürüşüb yerimdə fırlandım. Bəxtim gətirdi ki, heç kim mənə çırpılmadı.

Yenidən özümüzə gəlib Amerika yarışına hazırlaşacağıq. Maksı Ferstappeni və Red Bull-u titul münasibəti ilə təbrik edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*