Y.Haseqava: “Toro Rosso ilə təzyiq az olacaq”

Honda Motorsport-un rəhbəri Yusuke Haseqava bildirib ki, Toro Rosso komandası ilə əlavə pressinqdən azad ola bilərlər.

F-1.az xatırladır ki, Honda 2015-ci ildə McLaren komandası ilə idmana qayıtmış, amma son 3 ildə Britaniya təmsilçisinin pis mövsüm keçirməsinə səbəb olmuşdu. Buna görə də tərəflər razılığa gələrək, 2017-ci ilin sonunda ayrılmağa qərar vermişdilər. Yaponlar gələn ildən etibarən Toro Rosso komandasını mühərriklə təchiz edəcəklər.

Yasuke Haseqava: “Toro Rosso ilə işləmək daha az təzyiq altında olmağımız deməkdir. Təbii ki, daxilimizdə təzyiq hiss edirik, amma xaricdə bu azalacaq. Bilirik ki, yaxşı iş görə bilərik, amma bunu digərlərinə sübut etməliyik. Son yarışlarda bolidin performansı çox artdı və bu da bizə gələn il üçün motivasiya verir. İndidən gələn il üçün işləməyə başlamışıq. Yaxşı komandamız var və özümüzə güvənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*