Xeresdəki hava komandaları narahat edir

Testlərin növbəti iki seriyası 10-13 və 17-20 fevralda Xeresdə keçiriləcək. Yeddi komanda Valensiyada başladıqları proqramları davam etdirəcək, daha üç komanda […]

Testlərin növbəti iki seriyası 10-13 və 17-20 fevralda Xeresdə keçiriləcək. Yeddi komanda Valensiyada başladıqları proqramları davam etdirəcək, daha üç komanda isə – Red Bull Racing, Virgin Racing və Force İndia yenimaşınları ilə debüt edəcəklər. Mövsümün əvvəlinə qədər cəmi 12 test günü qalıb və onlardan hər biri olduqca vacibdir, indi isə komandalar gələn həftəyə olan hava proqnozundan narahatdırlar – proqnoza görə, məhz 10-13 fevral tarixlərində Xeresdə yağışlar gözlənilir.

Keçən il testlər hava şəraiti üzündən bir neçə gün qısaldılmışdı – Alqarvedə güclü yağış, Bəheryndə isə qum fırtınası komandaların işinə mane olmuşdu, amma keçən il test proqramı uzun idi, bu il isə bir neçə günün itkisi mövsümün ilk yarısında qüvvələr nisbətinin bölgüsünə ciddi təsir edə bilər.

Təssəvvür edin ki, gələn həftə testlər hava şəraiti üzündən təxirə salınsa, onda Red Bull komandasının Bəhreyn yarışına hazırlaşması cəmi səkkiz günü qalacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*