14 Noyabr 2019, Cümə axşamı - 00:26

Mükafatın məbləği: Kim və nə qədər qazanır…

Mükafatın məbləği: Kim və nə qədər qazanır…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:44 - 12 Mart, 2011

Mühəndislər Kubokunun yekun cədvəli müəyyən mövsümdə yalnız qüvvələr nisbətini əks etdirmir. Bu cədvəl həm də “əmək haqqı cədvəlini” xatıraldır, məhz […]

Mühəndislər Kubokunun yekun cədvəli müəyyən mövsümdə yalnız qüvvələr nisbətini əks etdirmir. Bu cədvəl həm də “əmək haqqı cədvəlini” xatıraldır, məhz bu cədvələ əsasən FOM komandalara teleyayımdan əldə olunan gəlirdən pay ayırır. Bu pay müəyyən faktorlardan asılıdır – Britaniyanın Autosport həftəliyi məsələyə aydınlıq gətirib…

Tarixi komandalar

Formula1-də uzun müddət və uğrula çıxış edən komandalar hər il konkret 16 milyon funt sterliq alırlar. Liderlər üçün bu məbləğ böyük rol oynamır, amma orta komandalar, xüsusən də şəxsi komandalar üçün ciddi məbləğdir. Tarixi komanda Mühəndislər Kubokunda son üç ildə iki dəfə ilk onluğa düşməlidir. Hazırkı komandalardan yalnız keçənilki debütantlar bu adı daşımırlar, amma Team Lotus komandası keçən il onuncu olmaqla bu adı almağa bir addım yaxınlaşıb – sadəcə 2011-ci ildə də Marussia Virgin və Hispania-nı qabaqlamaq lazımdır…

Mühəndislər Kuboku

İlk onluq mütənasib sxem üzrə mükafat alır. Çempionatın qalibinə 30 milyon funt çatır – digər komandalara azalan qayda ilə. Yeddinci yerə görə – 11 milyon, onuncu yerə görə 6 milyon…

Debütantlar

Formula1-in debütantlarını dəstəkləmək üçün göstərdikləri nəticədən asılı olmayaraq, FOM hər bir komandaya 6 milyon funt ödəyir. Team Lotus, Marussia Virgin və Hispania-nın nə qədər debütant saylmasını söyləmək çətindir, amma 2011-ci ildə FOM onları yenə dəstəkləyəcək…

Beləliklə, mükafatın məbləği ayrı-ayrı komandalarda ciddi fərqlənir. Keçən ilin çempionu Red Bull öz hesabını 60 milyon funt zəginləşdirib, sonuncu iki komandanın gəliri isə on dəfə az olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 440
Teqlər
Paylaş

logo