Wrooom-un beşinci günü: Alonsonun dublu

Madonna di Kampilyo kurortunda ənənəvi Wrooom tədbirinin beşinci və sonuncu günü başa çatıb – Philip Morris şirkəti hər il mövsümün […]

Madonna di Kampilyo kurortunda ənənəvi Wrooom tədbirinin beşinci və sonuncu günü başa çatıb – Philip Morris şirkəti hər il mövsümün əvvəlində jurnalistlərin Formula1-dən Ferrari komandası və MotoGP-dən Ducati komandası ilə görüşünü təşkil edir.

Bu gün şouya Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo təşrif buyurub, qısa mətbuat konfransından sonra əyləncəli proqram başlayıb – donmuş gölün üzərində sürücülər kartinq və Fiat maşınalrının sükanı arxasında yarışıblar.

wroom7
Proqramın əvvəlində isə Luka Badoyer üzərinə Wrooom yazılmış və Pirelli yağış təkərləri taxılmış Ferrari F60-ın sükanı arxasına oturub – veteran sürücü azarkeşlərlə vidalaşıb, sonrakı iki yarışı isə Fernando Alonso qazanıb.

Bayram başa çatıb, komanda işə qayıdır və yanvarın 28-də Maranelloda mövsümdə birinci olaraq yeni maşını göstərəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*