Türkiyə Qran Prisinə ilkin hava proqnozu

MeteoRADAR şirkətinin verdiyi məlumata görə həftəsonu İstanbulda dəyişkən hava olacaq.

 

Cümə və şənbə günləri yağışlı olacaq, havanın temperaturu +21C-yədək qızacaq.

Bazar günü yağış dayansa da, havanın hərarəti +19C-yədək aşağı düşəcək.

Xatırladaq ki, keçən il İstanbulda şənbə və bazar günləri yağışlı olmuşdu…

,