Türkiyə-2020: Birinci sərbəst yürüşlər

Formula1 9 illik fasilədən sonra İstanbula gəlib. Pirelli buraya ən sərt tərkibləri gətirib, yeni asfalt örtüyü Hard təkərlər üçün xüsusilə sürüşkən olub.

F-1.az bildirir ki, bu gün 21 yaşı tamam olan və təbriklər qəbul edən Norris hətta düzlükdə də qaz pedalına basarkən sürüşmələrin olmasından şikayətlənib. Sessiya 7-ci dəqiqədə qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Leklerin pit yolu girişində plastik dirəyi yıxması olub. Nəticə aradan qaldırıldıqdan sonra sessiya davame edib.

Trasın çox sürüşkən olması ilk sessiyadakı nəticələrin trasın rekorduna hətta 10 saniyə uduzması ilə nəticələnib. Bottas və Rəykkönen asfaltdan kənara çıxsalar da, geri qayıda biliblər. Həmilton maşındakı problemlərə görə bir dövrəni tamamlamadan boksa qayıdaraq maşını mexaniklərə təhvil verib və 1 saat vaxt itirib.

Saynsın maşınında elektrik sistemlərindəki nasazlıq aradan qaldırıldıqdan sonra hidravlik sistemlərdə problem yaşanıb və ispan sürücü dayanmalı olub. Maşının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib və bu, bir neçə dəqiqə davam edib.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:35.077. Məşqlər nahardan sonra davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:35.077 29
2 23 Aleksander Elbon Red Bull 1:35.318 + 0:00.241 27
3 16 Şarl Lekler Ferrari 1:35.507 + 0:00.430 26
4 10 Pyer Qasli AlphaTauri 1:35.543 + 0:00.466 25
5 5 Sebastyan Fettel Ferrari 1:35.620 + 0:00.543 29
6 26 Daniil Kvyat AlphaTauri 1:36.738 + 0:01.661 27
7 4 Lando Norris McLaren 1:37.216 + 0:02.139 21
8 99 Antonio Covinatsi Alfa Romeo 1:37.503 + 0:02.426 20
9 77 Valtteri Bottas Mercedes AMG 1:37.629 + 0:02.552 22
10 31 Esteban Okon Renault 1:38.428 + 0:03.351 22
11 6 Nikolas Latifi Williams 1:38.508 + 0:03.431 18
12 11 Serxio Peres Racing Point 1:38.612 + 0:03.535 22
13 18 Ləns Stroll Racing Point 1:39.484 + 0:04.407 20
14 8 Roman Qrojan Haas 1:40.025 + 0:04.948 24
15 44 Lyuis Həmilton Mercedes AMG 1:40.225 + 0:05.148 11
16 7 Kimi Rəykkönen Alfa Romeo 1:41.035 + 0:05.958 23
17 20 Kevin Maqnussen Haas 1:41.854 + 0:06.777 21
18 3 Daniel Rikkardo Renault 1:45.156 + 0:10.079 19
19 55 Karlos Sayns McLaren 1:46.462 + 0:11.385 12
20 63 Corc Rassell Williams 1:49.256 + 0:14.179 17
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*