23 Sentyabr 2019, Bazar ertəsi - 07:17

WRC: M.Hirvonen İsveçdə qələbə qazanıb

WRC: M.Hirvonen İsveçdə qələbə qazanıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:10 - 14 Fevral, 2011

Ralli üzrə dünya çempionatının yeni mövsümünün ilk yarışı Ford-un tam qələbəsi ilə başa çatıb – İsveçdə ilk üç yeri Fiesta […]

Ralli üzrə dünya çempionatının yeni mövsümünün ilk yarışı Ford-un tam qələbəsi ilə başa çatıb – İsveçdə ilk üç yeri Fiesta RS WRC-ni iadrə edən sürücülər tutublar. Qələbəni isə “mavi oval”ın zavod komandasının finlandiyalı sürücüsü Mikko Hirvonen qazanıb, o, Stobart komandasının norveçli sürücüsü Mads Ostberqi 6 saniyə qabaqlaya bilib. İlk üçlüyü isə Mikkonun komanda yoldaşı və həmyerlisi Yari Matti Latvala tamamlayıb.

İsveç Rallisi çox gərgin alınıb. Yarışın iki günündən sonra ilk beşliyi – Hirvonen, Ostberq, Latvalanı, eləcə də Petter Solberq və Sebastyen Ojyeni cəmi 15 saniyə ayırıb. Amma rallinin son günü Ford-un üstünlüyü ilə keçib.

Son yeddi ilin çempionu Sebastyen Löb İsveçdə sürətli olmayıb və yarışı altıncı yerdə başa vurub.

kimi5
Formula1-n keçmiş dünya çempionu Kimi Rəykkönen İsveç Rallisini səkkizinci yerdə başa vurub, finlandiyalı sürücü özünün yeni İCE 1 Racing komandasının Citroen maşınının sükanı arxasında inamlı və etibarlı yarış keçirib, ciddi səhvlərə yol verməyib, bəzi sürətli sahələrdə isə ilk beşlyi tamamlayıb.

WRC-nin növbəti mərhələsi – Meksika Rallisi – 4-6 martda keçəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 199
Teqlər
Paylaş

logo