B.Senna Spada Renault R30-un sükanı arxasına oturub

Dünya seriyasının mərhələləri çərçivəsində Renault komandası keçmiş Formula1 maşınlarının sükanı arxasında ənənəvi nümayiş yürüşləri keçirir. Bu uik-end gənc sürücülər Spada […]

Dünya seriyasının mərhələləri çərçivəsində Renault komandası keçmiş Formula1 maşınlarının sükanı arxasında ənənəvi nümayiş yürüşləri keçirir. Bu uik-end gənc sürücülər Spada yarışacaqlar və proqram çərçivəsində şənbə və bazar günü Bruno Sennanın keçənilki R30 maşınının sükanı arxasında üç 15 dəqiqəlik çıxışı planlaşdırılıb.

Seriyanın birinci mərhələsində İspaniyanın Araqon avtodromunda gənc sürücülərə və azarkeşlərə Formula1 maşınını Fayruz Fauzi nümayiş etdirmişdi, bu gün isə sükan arxasına komandanın digər test sürücüsü əyləşib. Bruno əfsanəvi dayısı Ayrton Sennanın dörd dəfə ardıcıl start aldığı və beş qələbə qazandığı trasda bir neçə dövrə vurub.

Bruno Senna: “Mən birinci dəfədir belə nümayiş yürüşlərində çıxış edirəm və çox maraqlı oldu. Eau Rouge döngəsindəki təəssrüatları bölüşmək çətindir. Yaxşıdır ki, hələ bir neçə dəfə də trasa çıxacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*