L.Həmilton 90-cı illərdə yarışmaq istəyir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Ayrton Senna ilə komanda yoldaşı olmaq istəyərdi.

F-1.az bildirir ki, britaniyalı sürücünün idealı Ayrton Sennadır.

Lyuis Həmilton: “80-ci illərdə böyümüşəm və Ayrton Sennanı çox sevirdim. Hələ də sevirəm. Komanda yoldaşım olmasını, onunla işləməyi istəyərdim. Komanda yoldaşınızdan çox şey öyrənirsiniz və özünüzü onunla müqayisə edirsiniz. Çünki eyni texnikaya sahibsiniz. Buna görə də 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində yarışmaq istərdim. O dövrün bolidlərini sevirəm. O dövrün bolidlərini sevirəm. Təkərlər daha enli idi, ötürmələr mexanika idi. V10 və V12 mühərriklərin səsi də möhtəşəm idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*