Williams yeni aerodinamikanı yoxlayıb

Bu gün sərbəst yürüşlərdə Williams komandası düz yollarda sürəti artırmağa imkan verən sistemi yoxlayıb – Rubens Barrikellonun maşınında hava axınını […]

Bu gün sərbəst yürüşlərdə Williams komandası düz yollarda sürəti artırmağa imkan verən sistemi yoxlayıb – Rubens Barrikellonun maşınında hava axınını arxa antiqanada yönəldən yeni motor qapağı quraşdırılıb.

Komanda cümə gününə qədər yeni aerodinamikanı ala bilməyib, gömrkxanada problemlər yaşanıb, yeni elementlər maşına yalnız bu gün səhər quraşdırılıb, sessiyanın yarısından sonra mühəndislər maşını əvvəlki konfiqurasiyasına qaytarıblar.

Bu uik-end bir neçə komanda arxa antiqanadın effektliyini azaldan sistemi yoxlayıb, amma bütün bunların hamısı ilkin testlər olub. Çox güman ki, artıq Avropada belə sistemlər bir çox komandaların aerodinamik kompleks yeniliklər paketinə daxil ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*