25 May 2019, Şənbə - 15:14

Williams və Toyota-nın diffuzorları leqal deyil?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:31 - 30 Yanvar, 2009

Autosport-un yaydığı xəbərə görə, Formula1 komandalarının bəziləri FİA-ya yeni Williams və Toyota maşınlarının diffuzorlarının konstruksiyası barədə müraciət etmək istəyirlər. Xarici […]

Autosport-un yaydığı xəbərə görə, Formula1 komandalarının bəziləri FİA-ya yeni Williams və Toyota maşınlarının diffuzorlarının konstruksiyası barədə müraciət etmək istəyirlər. Xarici görünüşdən elə təəssürat yaranır ki, Williams FW31 və Toyota TF109-un arxa diffuzorlarının hündürlüyü icazə verilən 175 mm-dən çoxdur. Hər iki komanda əmindir ki, bu elementin konstruksiyası reqlamentə uyğundur, lakin rəqiblər diffuzorların hiyləgər formasına diqqət yetiriblər və düşünürlər ki, belə diffuzorlar yavaş döngələrdə müəyyən üstünlük verir.

Renault təsdiq edib ki, bir neçə komanda FİA-dan məsələyə aydınlıq gətirməsini istəyib…

Pət Simonds, Renault F1-in baş mühəndisi: “Williams və Toyota-nın diffuzorlarının konstruksiyası sözsüz ki, maraqlıdır, amma mən onların legallığın müzakirə etmək fikrində deyiləm. Bunu FİA etməlidir. Biz federasiyaya müraciət edəcəyik, amma hələlik bunu etməmişik.”

Williams-da diffuzorun aşağı mərkəzi hissəsi 175 mm limitini aşmır, amma orda daha hündür bir elemnt var, bu element arxa zərbəyəqarşı sstrukturla birləşib – məhz bu konstruksiya mübahisəlidir.

Toyota vəziyyət başqa cürdür: diffuzorun mübahisəli seksiyası maşının lap arxa hissəsindədir, hesab olunur ki, belə bir konstruksiya hava axınının keçməsi üçün daha uzun mərkəzi tunel yaradır.

Bu il texniki reqlament radikal dəyişikliklərə məruz qalıb və belə mübahisəli konstruksiyaların olması gözlənilən idi, ona görə də FİA-nın ekspertlərinin mövsümün əvvəlində işləri lap çox olacaq. Lakin bu və ya digər maşının hər hansı bir konstruksiyasının leqallıq məsələsi yalnız yarış uik-endi günlərində qaldırıla bilər, bunun üçün FİA-ya müvafiq rəsmi protest göndərilməlidir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 272
Teqlər
Paylaş

logo