Williams və Force İndia FOTA-ya qayıdırlar

Bu gün Formula1 komandaları assosiasiyasının Monsada keçirilmiş iclasında Williams və Force İndia komandaları yenidən FOTA-ya üzv qəbul olunublar. Təşkilatda onların […]

Bu gün Formula1 komandaları assosiasiyasının Monsada keçirilmiş iclasında Williams və Force İndia komandaları yenidən FOTA-ya üzv qəbul olunublar. Təşkilatda onların üzvlüyü may ayında dayandırılmışdı, buna səbəb digər komandalardan fərqli olaraq bu komandaların gələn ilin dünya çempionatında iştirak etmək üçün qabaqcadan ərizə vermələri olmuşdu. Bu hadisə FİA-FOTA qarşıdurmasının maksimal həddə çatdığı bir vaxtda ba. vermişdi.

Yekunda tərəflər razılıq əldə ediblər və bu gün rəsmən elan olunub ki, Williams və Force İndia yenidən FOTA-ya üzv qəbul ediliblər. Bundan başqa Monsada gələn ildən çempionata qoşulacaq yeni komandalara (US F1, Manor və Campos) FOTA-ya üzv olmaları təklif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*