Williams testlərin ikinci günündə də trasa çıxa bilməyəcək

Williams komandası testlərin ikinci günündə də trasa çıxa bilməyəcək.

F-1.az xatırladır ki, britaniyalılar bu gün testlərin ilk günündə trasa çıxa bilməyiblər. Lakin komanda yeni bolidi sabaha da hazır edə bilməyib və buna görə də testlərin ikinci gününü də motorhoumda kofe içərək keçirəcək.

Kler Uilyams: “Çərşənbə gününə qədər trasa çıxa bilməyəcəyik. Buna görə çox məyusuq. Amma vəziyyət belədir. FW42-ni bacardıqca tez trasa çıxarmağa çalışırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*