Williams komandası Toyota motorlarından imtina etmək istəyir

Williams komandası Toyota-ya müraciət edərək motor təchizatı müqaviləsini vaxtından əvvəl dayandırmağı xahiş edib – bu barədə Britaniyanın Autosport saytı xəbər […]

Williams komandası Toyota-ya müraciət edərək motor təchizatı müqaviləsini vaxtından əvvəl dayandırmağı xahiş edib – bu barədə Britaniyanın Autosport saytı xəbər yayıb. İmzalanmış müqaviləyə əsasən, yapon motorları Williams maşınlarında hələ gələn mövsümdə də işləməli idi, amma komanda mövsümün sonunda Toyota ilə əməkdaşlığını başa vurmaq arzusunda olduğunu bildirib. Çox güman ki, Williams digər avtokonsernlərlə, xüsusən də RenaultMercedes-Benz-lə danışıqlar aparır. Komandanın başçısı Frənk Uilyams Autosport-a müsahibəsində bildirib ki, son qərar bu günlərdə qəbul ediləcək…

Frənk Uilyams: “Tezliklə bu barədə rəsmən elan olunacaq. Axı biz yeni motoru şassiyə adaptasiya etməliyik, bu isə vaxt tələb edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*