V.Veber məhkəməyə müraciət edəcək

Mixael Şumaherin rəsmi internet saytı michael-schumacher.de ünvanında yerləşir, amma schumacher.de ünvanı da var və bu ünvanın yeddiqat dünya çempionuna heç […]

Mixael Şumaherin rəsmi internet saytı michael-schumacher.de ünvanında yerləşir, amma schumacher.de ünvanı da var və bu ünvanın yeddiqat dünya çempionuna heç bir aidiyyatı yoxdur – bu sayt model biznesinə həsr olunub və Mixaelin soyadaşı Toni Şumaherə məxsusdur.

Maraqlıdır ki, bu domendə iki altdomen (subdomen) var ki, Formula1 sürücülərinin adlarına uyğundur – michael.schumacher.de və ralf.schumacher.de, bu fakt isə Mixaelin meneceri Villi Veberin haqlı narazılığına səbəb olub.

Veber öz mövqeyini Kölndə nəşr olunan Express qəzetində bildirib: “Təəccüblüdür ki, bir çoxları hələ də Mixaelin məhşurluğundan öz xeyrilərinə istifadə etməyə çalışırlar. Mən elə bilirdim ki, bunlar keçmişdə qalıb, hazırda bizim vəkillər məhkəməyə müraciət etmək imkanını araşdırırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*