A.Covinatsi daha 1 il Alfa Romeo-da qalacaq

Alfa Romeo komandası Antonio Covinatsi daha birillik müqavilə imzalayıb.

F-1.az xatırladır ki, italiyalı sürücü mövsümə pis başlasa da, mövsümün ikinci yarısında qənaətbəxş nəticə göstərə bilib. Bu il ən yaxşı nəticəsini vətəni İtaliyada 9-cu yeri tutaraq əldı edən Covinatsi daha əvvəl Almaniyada 8-ci olsa da, yarışdan diskvalifikasiya olunmuşdu.

Frederik Vassyör: “Antonio bu il əla yarışır və gələn il də burada qalacaq. Stabil formada inkişaf edir və bu, sevindirici haldır. Antonio təcrübəli Kimi Rəykkönenlə komanda yoldaşıdır və buna baxmayaraq, sürətli olduğunu göstərdi. Təcrübəsi artdıqca daha güclü olacaq. Texniki geribildirimləri və pozitiv olması bizim inkişafımıza kömək edəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*