V.Petrov Renault-nun sürücüsüdür?

Renault F1 komandası öz seçimini Vitaliy Petrovun üzərində saxlayıb – bu barədə bu gün Fransada dərc olunan Auto Hebdo qəzeti […]

Renault F1 komandası öz seçimini Vitaliy Petrovun üzərində saxlayıb – bu barədə bu gün Fransada dərc olunan Auto Hebdo qəzeti konkret mənbələrə istinad etmədən xəbər verib.

Qəzetin yazdığına görə, “Renault komandası bu il Robert Kubitsaya yoldaşlıq etməyə Vitaliy Petrovu seçib. GP2-nin son vitse çempionu, rusiyalı sürücü Renault R30-un sükanı arxasına oturacaq, komanda müqavilənin bağlanmasının yanvarın 31-də Valensiyada təqdimat mərasimində elan edəcək.

Vitaliy Erik Buyenin başçılıq etdiyi komandanın büdcəsinə 15 milyon Avro vəsait köçürə bilib…

…Keçən il Petrov GP2-də iki qələbə qazanıb və yeddi dəfə podiuma qalaxaraq, çempionatda yalnız Niko Hülkenberqə uduzub.

Petrovun Renault-ya gəlməsi ilə keçənilki GP2 çempionatının ilk üçlüyünün Formula1-də rəsmi debütü baş tutacaq – Hülkenberq Williams-da, Lukas di Qrassi isə Virgin-də debüt edəcəklər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*