K.Horner Elbona heyran olub

Red Bull komandasının rəhbəri Kristian Horner sürücüsü Aleksander Elbonun performansından təsirlənib.

F-1.az xatırladır ki, taylandlı sürücü Belçika yarışına 17-ci yerdən başlasa da, finişə beşinci yerdə çatıb və Red Bull komandasındakı ilk yarışında hamını özünə heyran qoyub.

Kristian Horner: “Aleksin yanaşması, geri bildirimləri və tempi mənə təsir elədi. Yarışda əla iş gördük. Yarışın əvvəlində Hard təkərlərlə rəqabətədavamlı deyildik, amma axmaq hərəkət eləmədi ya da riskə girmədi. Yarışın ikinci hissəsində isə canlanaraq əla iş gördü. Daniel sərt sürücüdür. Danielə hücumu, ötmələri və Serxionu ötməsi təsiredici idi. Red Bull karyerasına əla başladı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*