B.Ekklstoun deyilənləri təkzib edib

Dünən axşam Doninqtonun icraçı direktoru Saymon Cillet jurnalistlərə bildirmişdi ki, avtodromun rekonstruksiyası layihəsinin maliyyə zəmanətinin təqdimatına daha iki həftə vaxt […]

Dünən axşam Doninqtonun icraçı direktoru Saymon Cillet jurnalistlərə bildirmişdi ki, avtodromun rekonstruksiyası layihəsinin maliyyə zəmanətinin təqdimatına daha iki həftə vaxt verilib, bu gün səhər tezdən isə Berni Ekklstoun bu məlumatı təkzib edib. Daily Telegraph qəzetinə müsahibəsində Berni bildirib ki, söhbət Doninqton tərəfindən müqavilənin pozulmasından gedir. Əvvəllər imzalanmış öhdəliklərə görə, qanun pozuntuları iki həftə müddətinə aradan qaldırılmalıdır – yəqin Cillet də elə bu bəndə əsaslanırmış…

Berni Ekklstoun: “Söhbət son tarixin daha iki həftə uzadılmasından getmir. Biz müqavilədəki öhdəliklərin pozulmasından xəbər vermişdik, bu cür pozuntular 14 gün müddətinə aradan qaldırılmalıdır. Əslində son tarix dəyişdirilməyib. Mən Cilletlə görüşməmişəm və heç nəyi müzakirə etməmişəm. Əgər pozuntular aradan qaldırılarsa, biz müavilənin digər bəndlərinin yerinə yetirilməsinə nəzarət etməliyik. Əgər trasın rekonstruksiyası vaxtında başa çatmarsa, onda Doninqtonu ciddi cərimələr gözləyəcək.

Silverstouna belə bir müqavilə təklif olunacaq, yəni yaxın 17 ildə Böyük Britaniya Qran Prisini qəbul etmək barədə.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*