21 Sentyabr 2019, Şənbə - 23:54

V.Liutsi: “Müqavilə hələ imzalanmayıb”

V.Liutsi: “Müqavilə hələ imzalanmayıb”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:13 - 20 Fevral, 2011

Dünən Vitantonio Liutsi Hispania komandasının testlərində iştirak edib və bir çox ekspertlər hesab edirlər ki, italiyalı sürücünün komanda ilə müqaviləsi […]

Dünən Vitantonio Liutsi Hispania komandasının testlərində iştirak edib və bir çox ekspertlər hesab edirlər ki, italiyalı sürücünün komanda ilə müqaviləsi artıq həll olunub, amma sürücü jurnalistlərə bilidirb ki, danışıqlar hələ davam edir…

Vitantonio Liutsi: “Müqavilə məsələsi hələ həll olunmayıb, yaxın günlərdə biz danışıqları davam etdirəcəyik – baxaq görək necə olacaq. Vəziyyət hələ açıqdır. Başqa komandalarda bir neçə variant var, amma bu variantlarda yarışa çıxmaqdan söhbət getmir – əsas sürücü vakansiyası yalnız Hispaniya-da qalıb.”

Aydındır ki, Hispania ilə müqavilə üçün sürücü müəyyən məbləği ödəməli olacaq, amma şayiələrə görə Force İndia komandası Liutsiyə müqaviləni vaxtından əvvəl pozduğu üçün yaxşı kompensasiya ödəyib, hətta zəif komandada çıxış etməsi onun gələcək mövsümə başqa komandalarla danışıqlar aparması üçün vacibdir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 250
Teqlər
Paylaş

logo