Virgin Racing təqdimata hazırlaşır

Keçənilki dünya çempionatının iştirakçılarının demək olar ki, hamısı 2010-cu il mövsümü üçün hazırladıqları maşınları ya təqdim ediblər, ya da Williams […]

Keçənilki dünya çempionatının iştirakçılarının demək olar ki, hamısı 2010-cu il mövsümü üçün hazırladıqları maşınları ya təqdim ediblər, ya da Williams kimi birbaşa testlərə çıxarıblar. Yalnız Red Bull və Force İndia komandaları aerodinamik boruda işlərini tamamlamaq naminə trasda üç günü qurban veriblər.

Yeni komandalar isə hələlik bu sarıdan kölgədədirlər, ona görə də onlardan birincisinin təqdimatı çox maraq doğurur – Qrinviç vaxtı ilə saat 10:00-da Virgin Racing komandası öz maşınını təqdim edəcək..

Komanda Timo Qlok və Lukas di Qrassi ilə müqavilə bağlayıb, Riçard Brənson komandanın titul sponsorudur, maşını təcrübəli Nik Uirt hazırlayıb – layihənin uğurlu debütü üçün hər şey nəzərə alınıb, amma Formula1-də bu amillərin effektiv qarşılıqlı fəaliyyəti vacibdir.

Virgin Racing komandasının təqdimatı virtual olacaq, bu isə layihənin ruhuna uyğundur – Nik Uirt komandaların adət etdiyi və əsas tutduqları aerodinamik borudan istifadə etməyib, maşın kompyuterlərdə hazırlanıb – CFD hidrdinamik hesablamalar proqramında. Bu yolla Nik kuzovlu yarışlarda uğur qazanıb, amma Formula1-də bu ilk təcrübədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*