V.Çandhok seçkilərdə iştirak etməyəcək

Hindistan Avtoİdman Federasiyasının (FMSİ) keçmiş prezidenti Viki Çandhok FİA prezidentliyinə namizədlərdən biri hesab olunudu, amma bu gün o jurnalistlərə bildirib […]

Hindistan Avtoİdman Federasiyasının (FMSİ) keçmiş prezidenti Viki Çandhok FİA prezidentliyinə namizədlərdən biri hesab olunudu, amma bu gün o jurnalistlərə bildirib ki, oktyabrda FİA prezidentliyinə seçkilərdə iştirak etməyəcək…

Viki Çandhok: “Əlbəttə, mən prezident kürsüsü uğrunda mübarizə aparmaq istərdim, amma mən bir neçə demişdim ki, mən seçkilərdə yalnız Berni Ekklstounun, Formula1 komandaalrının və hazırkı prezidentin dəstəklərini aldığım təqdirdə iştirak edəcəm. Ari Vatanen və Jan Todt qarşıdurmasında marağım yoxdur. Mən seçkilərdə iştirak etməyi planlaşdırmıram.

Mübarizə gərgin olacaq. Vatanen neytral namizəddir, amma Todtun böyük təcrübəsi var. O öz müstəqilliyini sübut edə bilsə, layiqli prezident ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*