Valensiyanı Silverstoun əvəz edəcək?

Hələ 2007-ci ildə Berni Ekklstoun Valensiya ilə yeddiillik müqavilə bağlayarkən, Avropa Qran Prisinin gələcəyindən rahat idi – Fernando Alonsonun populyarlığı […]

Hələ 2007-ci ildə Berni Ekklstoun Valensiya ilə yeddiillik müqavilə bağlayarkən, Avropa Qran Prisinin gələcəyindən rahat idi – Fernando Alonsonun populyarlığı və yarışın daha geniş və sürətli Monako versiyasında keçirilməsi kommersiya uğuru vəd edirdi, amma bu il tribunlara biletlərin heç yarısı satılmayıb. Bəziləri bunu əvvəlki yarışlarda Renault-nun uğursuzluqları və Alonsonun qələbə ehtimalının az olması ilə, bəziləri isə yarışın darıxdırıcı olması ilə izah edir – Valensiyada ötmək mümkün deyil və ona görə də azarkeşlər üçün tras maraqlı deyil.

Cümə günü paddokda söhbət gəzirdi ki, gələn il Valensiya təqvimi tərk edə bilər, Avropa Qran Prisi titulu isə Silverstouna verilə bilər və İngiltərə ikinci yarışı əldə edə bilər – son iki ilin Böyük Britaniya Qran Prisində anşlaq hamıya təsir edib.

Hələlik bu məlumat təsdiq olunmayıb, amma Britaniya və alman mətbuatında belə bir senari müzakirə olunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*