Valensiyada testlər başlayıb

Formula1-in rəsmi testləri başlayıb – bu gün yerli vaxtla saat 10:00-da bir neçə maşın Valensiyada Rikardo Tormo adına trasa çıxıb. […]

Formula1-in rəsmi testləri başlayıb – bu gün yerli vaxtla saat 10:00-da bir neçə maşın Valensiyada Rikardo Tormo adına trasa çıxıb. Adını protokollara yazan ilk sürücü isə Force İndia komandasının ehtiyat sürücüsü Niko Hülkenberq olub.

Testlərə yeddi komanda yeni maşınını gətirib, sabah Team Lotus da yeni maşınını gətirəcək. Dörd komanda isə keçənilki maşınlarla işləyəcək.

Elə ilk dövrədə insident yaşanıb – Qəri Paffetin idarə etdiyi McLaren ikinci döngənin girişində əylənmə zamanı sağa qaçıb və britaniyalı sürücü çınqıllı zonaya səyahət etməli olub.

Jerom D’Ambrozio keçənilki Virgin-in sükanı arxasında debüt edib – komanda yeni maşınını gələn həftə təqdim edəcək və növbəti testlərə yeni maşınla qoşulacaq.

Bir neçə dövrədən sonra bütün sürücülər bokslara qayıdıblar, sonra hamı öz proqramı üzrə işləməyə başlayıb – nahara qədər ən yaxşı nəticəni Fernando Alonso göstərib. Bir qədrə əvvəl isə komandalar fasilədən sonra yenidən trasa qayıdıblar. Hava günəşli olsa da, soyuqdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*