V.Bottas: Lyuis məndən sürətli idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, mövsümün ilk yarışını qazandığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü pouldan başladığı yarışda liderliyini itirməyərək, qalib gəlib.

Valtteri Bottas: “Yarış ərzində çox təzyiq hiss edirdim. Təhlükəsizlik maşınına qədər hər şey qaydasında idi, ancaq son təhlükəsizlik avtomobili çıxanda “daha bəsdir” deyə qışqırdım. Xırda səhv etsəm, Lyuis məni keçəcəkdi. Bu gün sürətli idi. Buna baxmayaraq hər şeyə yaxşı nəzarət etdim. Mövsümə əla başladım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*