US F1 komandası tam bağlanıb?

US F1 komandasının əməkdaşları aprelin 1-dək haqqı ödənilməyən məzuniyyətə buraxılmışdılar, amma komandadan bir xəbər çıxmadığı üçün güman etmək olar ki, […]

US F1 komandasının əməkdaşları aprelin 1-dək haqqı ödənilməyən məzuniyyətə buraxılmışdılar, amma komandadan bir xəbər çıxmadığı üçün güman etmək olar ki, komanda tam bağlanıb. Almaniyanın Motorsport-Total qəzetinin verdiyi məlumata görə, komandanın Şarlottadakı bazasına çoxdandır ki, adam ayağı dəymir.

Hələ qışda məlum olmuşdu ki, US F1 çempionatın startına çıxa bilməyəcək, amma komandanın başçısı Ken Anderson əmin edirdi ki, onun gələn il üçün planları var. Deyəsən, Ken bu planlarından da əl çəkməli olub. Rəsmən bu məlumat hələ təsdiq olunmayıb, çünki nə Ken Andersonla, nə də komandanın idman direktoru Piter Uindzorla nə telefonla, nə də elektron rabitə ilə əalqə saxlamaq mükün olmayıb.

Amma Piter yenidən jurnalist işinə qayıdıb – o həmişəki kimi Avstraliya Qran Prisinin paddokunda aktiv işləyib, komandanın taleyi barədə bütün suallara zarafatla cavab verib ki, ən yaxşı halda komanda 2013-cü ildə starta çıxacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*