US F1 bağlanmağa hazırlaşır?

Argentina mətbuatı xəbər yayıb ki, US F1 layihəsi bağlanmağa hazırlaşır. Hazırda çempionatın başlanmasına üç həftə qalmış vəziyyətin böhran həddə çatması, […]

Argentina mətbuatı xəbər yayıb ki, US F1 layihəsi bağlanmağa hazırlaşır. Hazırda çempionatın başlanmasına üç həftə qalmış vəziyyətin böhran həddə çatması, Serbiyanın Stefan GP layihəsi üçün bu şayiələr xoş xəbər ola bilər. Amma US F1-in bağlanması yalana oxşamır, çünki xəbərlər müxtəlif mənbələrdən gəlir…

Amerika mətbuatının xəbərinə görə, komandanı kommersiya şöbəsinin başçısı Brayen Bonner tərk edib, komandanın əsas sponsorlarından olan YouTube-un həmtəsisçisi və icraçı direktoru olan Çad Harli Campos komandası üçün hazırlanmış Dallara şassisi ilə maraqlanır və komanda Şarlottadakı bazasını satıb…

İspaniya KİV-i əmin edir ki, komandanın idman direktoru Piter Uindzorgöz yaşları içində komandanın sürücüsü Xose Mariya Lopesə, onun atasına və teleprodüsser Felipe MakQrouya bildirib ki, çox güman ki, US F1 mövsümün ilk üç yarışını buraxacaq, bəlkə də bütün mövsümü…

Motorsport Total-ın verdiyi xəbərə görə, dünən Londonda iki problemli komandanın (Campos və US F1) qeyri-rəsmi rəhbərləri görüşüblər – yəni komandalarda maraqları olan sərmayədarların. Pərris Mallinz, Günter Ştayner, Xose Ramon Karabante və Xose Mariya Lopesin meneceri yaranmış vəziyyətdən çıxış yolu axtarmağa çalışırlar – iki uğursuz layihəni birləşdirmək çıxış variantı kimi irəli sürülüb…

Xatırladaq ki, keçən il iyulun 31-də Ken Anderson US F1 komandasının adından Razılıq Müqaviləsinə imza atıb, əgər komanda starta çıxmasa, onu ciddi cərimələr gözləyir, ona görə də yaxın günlərdə həm US F1, həm də Campos gələcəkləri barədə qərar qəbul etməlidir. Çox güman ki, əgər səhmdarlar, sərmayədarlar və sponsorlar razılaşsalar, layihələrdən biri Bəhreyn Qran Prisinin startına çıxacaq, digər layihə isə lisenziyasını Stefan GP-yə verəcək – serbiyalılar isə Razılıq Müqaviləsinin şərtlərini pozan digər komandanın, Toyota-nın maşınları ilə starta çıxacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*