F.Alonso Ferrari-yə vaxtından əvvəl keçməyi istisna edib

Fernando Alonso mövsümün sonuna qədər Ferrari-yə keçməyi qəti şəkildə istisna edib. İspaniyanın Cadena SER radiosuna müsahibəsində Ferrari-də çempionatın son yarışlarında […]

Fernando Alonso mövsümün sonuna qədər Ferrari-yə keçməyi qəti şəkildə istisna edib. İspaniyanın Cadena SER radiosuna müsahibəsində Ferrari-də çempionatın son yarışlarında o Luka Badoyeri əvəz edəcəkmi sualına ikiqat dünya çempionu qəti cavab verib: “Xeyr və bu tam dəqiqdir.” Amma Madridin Diario AS idman qəzeti əmin edir ki, Spada Flavio Briatore və Stefano Domenikali arasında danışıq olub…

Ekspertlərin fikrincə, Briatore Alonso ilə ayrılmağa hazır deyil, çünki ispan sürücünün vaxtından əvvəl komandanı tərk etməsi Renault-nun gələn mövsümə sponsor axtarışını çətinləşdirə bilər. Amma şayiələrə görə, Flavio öz mövqeyini dəyişə bilər, bunun üçün BMW Sauber komandası Fernandonu əvəz edəcək Robert Kubitsanı buraxmağa razı olmalıdır.

Alonsonun yaxın gələcəyinə gəlincə, Cadena SER radiosuna müsahibəsində ikiqat dünya çempionu bildirib ki, gələcək planlarını hələ müəyyən etməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*