Türkiyə Qran Prisi: Pirelli – Hard və Soft

Formula1 üçün Pirelli-nin yarış təkərlərini istehsal edən zavod Türkiyənin İzmit şəhərində yerləşir. Ona görə də qarşıdakı yarışa şirkət xüsusi münasibət […]

Formula1 üçün Pirelli-nin yarış təkərlərini istehsal edən zavod Türkiyənin İzmit şəhərində yerləşir. Ona görə də qarşıdakı yarışa şirkət xüsusi münasibət bəsləyir. Bundan başqa PZero təkərlərindən istifadə edən GP2 və GP3 seriyalarının da startı məhz İstanbulda veriləcək..

Pol Hembri: “Bizim üçün Türkiyə yarışı mövsümdə ən vacib yarışlardan biridir, axı İzmitdəki zavod 50 ildir fəaliyyət göstərir. Ona görə də bizim vacib qonaqlarımız olacaq. Biz gözəl trasda maraqlı yarış gözləyirik. İstanbul Park təkərlər üçün mövsümdə ən ciddi sınaq olacaq, burada sürətli döngələr çoxdur, asfalt örtüyü isə coddur, kələ-kötürlər də kifayət qədərdir, maşınlara isə ciddi yüklənmə düşür.

Səkkizinci döngənin zəhmi isə, şübhəsiz ki, əsaslıdır və bu fakt təkərlərin yeyilməsini artıracaq. Bu dəfə mən üç pit-stoplu taktikalar gözləyirəm, hərçənd, hər şey komandaların qərarlarından asılı olacaq – arxada qalan yarışlarda bu vacib olub.

Adətən Türkiyədə çox isti olurdu, amma bu dəfə ilkin hava proqnozu soyuq hava vəd edir, ona görə də istənilən halda bizi gözlənilməz və maraqlı uik-end gözləyir.”

Şirkət komandalara mövsümün ilk 3 yarışında olduğu kimi Hard və Soft tərkiblərini verəcək. İstanbul Parkda təkərlərin yeni markalanmasından istifadə olunacaq – təkərlərin yan tərəfi bütövlükdə uyğun rəngə boyanacaq ki, teletamaşaçılara və tribunalara toplaşmış azarkeşlərə komandaların taktiki sxemlərini başa düşmək asan olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*