19 Noyabr 2019, Çərşənbə axşamı - 12:00

Pirelli 2017-ci ilin təkərlərini Həmilton və Rosberqin test etmələrini istəyir

Pirelli 2017-ci ilin təkərlərini Həmilton və Rosberqin test etmələrini istəyir

Müəllif: Elçin Zodorov, redaktor

09:37 - 14 Sentyabr, 2016

Mercedes AMG, Ferrari və Red Bull komandaları Pirelli-nin gələn mövsüm üçün olan təkərlərini test etməyə davam edirlər. Ferrari testlərdə əsas sürücüləri ilə işləsə də, Mercedes AMG hər üç test günündə sükan arxasında Paskal Verlyaynı əyləşdırıb.

Pirelli-nin rəhbəri Marko Tronketti Provera Mercedes AMG-nin testlərə Lyuis Həmilton və Niko Rosberqlə qoşulmasını istədiklərini bildirib: “Pilotlarına test etdirməsələr, pis olar. Ferrari əsas pilotları ilə iştirak edib və digər komandaların da eyni addımı atmalarını gözləyirəm. Bizim üçün əsas olan budur. Sürətlər dəyişilir. Onlar təkərlərdəki dəyişiklikləri başa düşəcək həssaslığa sahibdirlər. Növbəti test günlərində kimlərlə iştirak edəcəkləri onlardan asılıdır. Hələ ki, adlar açıqlanmayıb. Ümid edirəm ki, siyahıda onların da adlarını görəcəyik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 395
Teqlər , , , , , ,
Paylaş

logo